Modern.az

İsrail Livana zərbələr endirdi

İsrail Livana zərbələr endirdi

19 Avqust 2024, 00:01

İsrail ordusu “Hizbullah”ın Livanın cənubundakı silah anbarlarına aviazərbələr endirib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

 

Hücumun Ayta əş-Şaab bölgəsində həyata keçirildiyi bildirilib.

 

“Bundan əlavə, Livanın cənubundakı Ət-Tiri bölgəsində “Hizbullah”a aid raket kompleksi də zərərsizləşdirilib”, - deyə açıqlamada qeyd edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu