Modern.az

Rusiya Baş Prokurorluğu amerikalı aktyorun fondunu “arzuolunmaz" elan edib

Rusiya Baş Prokurorluğu amerikalı aktyorun fondunu “arzuolunmaz" elan edib

19 Avqust 2024, 10:22

Rusiya Baş Prokurorluğu amerikalı aktyor Corc Kluninin fondunu “arzuolunmaz təşkilat” kimi tanıyıb.

 

Modern.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

 

“Fond Hollivud miqyasında Rusiyanı gözdən salmağa yönəlmiş işlər həyata keçirir. Ölkəni tərk etmiş yalançı vətənpərvərləri, qadağan olunmuş ekstremist birliklərin və terror təşkilatlarının üzvlərini fəal şəkildə dəstəkləyir. Humanitar ideyaların arxasında gizlənən “ədalət uğrunda döyüşçülər” Madison prospektindən Rusiyanın ali rəhbərliyini cinayət məsuliyyətinə cəlb etmək təşəbbüslərini irəli sürür və xarici agentlər və QHT-lər haqqında Rusiya qanunvericiliyinə mənfi psevdoekspert qiymətləndirmələrini açıq şəkildə yayırlar”, - deyə açıqlamada iddia olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu