Modern.az

İnternet sürətinə görə Cənubi Qafqaz ÖLKƏLƏRİ

İnternet sürətinə görə Cənubi Qafqaz ÖLKƏLƏRİ

19 Avqust 2024, 11:22

Gürcüstan mobil internet sürətinə görə dünyada 68-ci yerdədir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Speedtest Global Index" məlumatlarında deyilir.

 

2024-cü ilin avqustunda Gürcüstanda mobil internetin sürəti saniyədə 38,43 meqabayt təşkil edir ki, bu da onu Qvatemala və İranın arasında qoyur.

 

Azərbaycan 53,98 Mbit/s olmaqla 49-cu yerdədir. Ermənistan - 81-ci yer, 31,16 Mbit/s.

 

Siyahıda ümumilikdə 111 ölkə var. Ən sürətli mobil internetə BƏƏ 360 Mbit/s, Qətər 344 Mbit/s, Küveyt isə 232 Mbit/s-ə malikdir.

 

Yəmən 7,26 Mbit/s ilə sonuncu yerdədir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu