Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanla Rusiya Federasiyası arasında ticarət dövriyyəsi bu ilin 6 ayında 2,5 milyard dollar təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.
Modern.az xəbər verir ki, hesabat dövründə ümumi mal dövriyyəsinin 656 milyon dolları Azərbaycandan Rusiyaya ixracın, 1,9 milyard dollar isə qonşu ölkədən idxalın payına düşüb.
Hesabat dövründə ticarət dövriyyəsində Rusiyanın payı 9,6 faiz təşkil edib. Rusiyanın Azərbaycanın idxalında xüsusi çəkisi 17,8 faiz, ixracında isə 4 faizdir.
2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 4 milyard 359 milyon dollar təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 17,5 faiz çoxdur.
2023-cü ildə Azərbaycanın xarici ticarət dövriyyəsində Rusiyanın payı 8,6 faiz təşkil edib.
Ötən il Azərbaycandan Rusiyaya 3,2 milyard dollar dəyərində mal göndərilib, eyni zamandan qonşu ölkədən 1,1 milyard dollarlıq mal gətirilib.
Azərbaycan Rusiyaya əsasən qeyri-neft məhsulları ixrac edir. Rusiyadan isə Azərbaycana müxtəlif çeşidli məhsullar, xüsusilə ərzaq və kənd təsərrüfatı məhsulları gətirilir.
2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 573 milyon ABŞ dolları təşkil edib.