Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru tələbələrlə görüşüb. Akademiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, rektor tələbələr, onların valideynləri və professor-müəllim heyəti ilə görüşüb. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru Hüseyn Qaraşov görüş zamanı bir sıra məsələlərə toxunub. O, tələbələr, onların valideynləri və professor-müəllim heyətinin ilə bu barədə müzakirələr aparıb. Görüş zamanı Akademiyada təhsil alan tələbələrin bir sıra problemlərinə toxunulub. Tələbələrin dərsə davamiyyəti, onların dərslərdəki göstəriciləri, tədris prosesini mənimsəmə səviyyələri haqqında valideynlər məlumatlandırılıb. Rektor həmçinin müəllim –valideyn münasibətlərinə də fikirini bildirib. Sonda rektorun iştirakı ilə müəllim-valideyn münasibətlərinə yeni bir baxışın formalaşdırılması müzakirə olunub.
Modern.az