Modern.az

8 Noyabr prospektində səki "yeyilib"? - Rəsmi CAVAB

8 Noyabr prospektində səki "yeyilib"? - Rəsmi CAVAB

19 Avqust 2024, 16:15

Paytaxtın 8 Noyabr prospektində (Gənclik parkının yaxınlığı) yerləşən yeni tikili binanın qarşısında səkinin bir hissəsində avtomobillərin dayanması üçün parkinq təşkil edilməsi barədə görüntülər yayılıb.

 

"Yeni tikili bina səkinin çox böyük hissəsini "yeyərək" özünə parkinq təşkil edib. Görünüşə görə, burada heç bir işlər getməyəcək, səki olduğu kimi qalacaq, velosiped və ya avtobus zolağı olmayacaq", - vətəndaş bildirib. Şikyətçi ərazidə təşkil edilən parkinqin qeyri-qanuni olduğunu qeyd edib.

 

Məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 8 Noyabr prospektində qeyd olunan ərazidə aparılan bərpa-quruculuq işləri çərçivəsində səki infrastrukturu parametrlər toxunulmadan saxlanılıb və yenilənib.

 

"Sözügedən ərazidə piyadaların rahat, maneəsiz və təhlükəsiz hərəkəti üçün lazımi şərait mövcuddur. Səkilərin yaradılması istiqamətində işlər davam etdirilir", - açıqlamada qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü