Modern.az

“Səba” istehsalı və satışı dayandırıb? - AÇIQLAMA

“Səba” istehsalı və satışı dayandırıb? - AÇIQLAMA

20 Avqust 2024, 12:31

Toyuq məhsulları istehsal edən “Səba” şirkəti istehsal və satışı avqustun sonunadək dayandırıb.

 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq şirkətdən bildirilib.

 

Qeyd olunub ki, müvəqqəti addım təsisçinin dəyişməsi ilə əlaqədardır.

 

***

11:20

"Səba" Açıq Səhmdar Cəmiyyəti istehsalı və satışı dayandırıb.

 

Modern.az "iqtisadiyyat.az"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.

 

Şirkətdən sorğuya cavab olaraq istehsalın və satışın dayandırılması faktı təsdiqlənib.

 

Qeyd edilib ki, istehsal və satış avqustun 1-dən etibarən dayandırılıb və şirkətin özünə məxsus satış məntəqələri bağlanıb. Qərarın səbəbi açıqlanmayıb və hazırda şirkətin işçilərinin taleyi ilə bağlı məsələnin də sual altında olduğu vurğulanıb.

 

"Bəzi əməkdaşlar artıq şirkətdən ayrılıb, digərləri isə özlərinə yeni iş axtarışındadırlar", - məlumatda qeyd edilib.

 

Qeyd edək ki, ölkə üzrə marketlərdə bir müddətdir "Səba"nın məhsullarına rast gəlinmir.

 

Xatırladaq ki, ASC-nin digər broyler şirkətlərindən biri tərəfindən alındığı iddia olunur. 1997-ci ildə dövlət qeydiyyatına alınan "Səba" ASC-nin nizamnamə kapitalı 4,8 milyon manata yaxındır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi