Modern.az

Bataqlıqda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Bataqlıqda batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

Aktual

20 Avqust 2024, 11:45

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində 1 nəfərin bataqlıqda batmaq təhlükəsində olması barədə məlumatlar daxil olub.

Modern.az FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatlarla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış üzrə cəlb olunublar.

Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində Bülbülə qəsəbəsindəki bataqlıqda batma təhlükəsində olan 1 nəfər xilas edilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI