Modern.az

Silsilə oğurluq edən şəxs tutuldu

Silsilə oğurluq edən şəxs tutuldu

Aktual

20 Avqust 2024, 14:42

Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Modern.az-a verilən məlumata görə, saxlanılan şəxsin 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI