Modern.az

Pediatrdan xəbərdarlıq: uşaqlar bu viruslara yoluxa bilər

Pediatrdan xəbərdarlıq: uşaqlar bu viruslara yoluxa bilər

Aktual

20 Avqust 2024, 16:27

Artıq yayın bitməsinə bir aydan az vaxt qalıb. Mövsüm keçidləri bəzən uşaqlarda müxtəlif xəstəliklərlə müşahidə olunur. Bu dövrdə xüsusilə uşaqlarda müəyyən xəstəliklər müşahidə olunur.

 

Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gözəl Novruzova Modern.az-a bildirib ki, yayın son günlərində uşaqlarda əsasən hava-damcı və fekal-oral yolla yoluxan yuxarı tənəffüs yollarının kəskin virus infeksiyaları, qusma və diareyalara təsadüf oluna bilir:

 

“Bundan başqa uşaqlarda rast gəlinən infeksiyalardan biri də rotavirusdur. Bu da yüksək hərarət, qusma və diareya əlamətləri ilə özünü büruzə verir. Bununla əlaqədar olaraq valideynlərə uşaqlarına qarşı daha diqqətli olmaları, gigiyena qaydalarına riayət etmələri, onların qidalanmalarına fikir vermələri və qapalı yerlərdə çox saxlamamaqları tövsiyə olunur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI