Türkiyə Mərkəzi Bankı avqust ayı üçün maraqla gözlənilən faiz qərarını açıqlayıb.
Modern.az xəbər verir ki, son 4 ayda faiz dərəcəsini dəyişməyən Mərkəzi Bank bu ay da heç bir sürpriz etməyib. Mərkəzi Bank gözlənildiyi kimi faiz dərəcəsini 50 faiz səviyyəsində sabit saxlayıb.
Mərkəzi Bankın açıqlamasında bildirilir ki, iyulda aylıq inflyasiyanın tempi əvvəlki ayla müqayisədə bir yüksək olsa da, ikinci rübün orta göstəricisindən aşağı qalıb.
Üçüncü rübün göstəriciləri də ölkədə daxili tələbatın səngidiyini və inflyasiya təsirin azaldığını göstərir.
Əmtəə inflyasiyası azalmaqda davam etsə də, xidmətlər sahəsində bu prosesin bir qədər gec baş verəcəyi bildirilir.