2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədov İsmayıllı rayonu Qələbə küçəsində və Aşıq Bayramlı kəndində seçicilərlə görüş keçirib.
Modern.az xəbər verir ki, görüşdə YAP Cəbrayıl Rayon Təşkilatı sədr müavini Məhəmməd Əliyev, Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov iştirak ediblər.
"Seçicilərimizə ölkəmizin artmaqda olan beynəlxalq nüfuzu və beynəlxalq təşkilatlardakı təmsilçiliyi, yeni strateji hədəflər, dövlətimizin yeni mərhələyə qədəm qoymasından, parlament diplomatiyasından, Yeni Azərbaycan Partiyasının hər zaman dövlətimizin, Ulu Öndərin, cənab prezidentin siyasətinə sadiqlik nümayiş etdirməsindən, ölkəmizdə tarixən formalaşmış seçki mədəniyyətinin mərhələlərindən danışdıq. Onları səsvermə günü fəal olmağa çağırdıq.
Yüksək fəallıqla keçən görüşümüzün sonunda vətəndaşlarımızın fikir və təkliflərini dinlədik, mövcud problemlərin operativ qaydada həlli ilə bağlı fikir mübadiləsi apardıq", - Ceyhun Məmmədov deyib.