Modern.az

Ceyhun Məmmədov Qobustanda məskunlaşan seçicilərlə bir arada

Ceyhun Məmmədov Qobustanda məskunlaşan seçicilərlə bir arada

20 Avqust 2024, 21:36

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun  Qobustan rayonunda məskunlaşan seçicilərlə növbəti görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, seçicilər qarşısında çıxış edən YAP-ın 120 saylı Seçki Dairəsindən namizədi Ceyhun Məmmədov cənab prezident tərəfindən aparılan kompleks islahatlar, Böyük Qayıdış Dövlət Proqramının əhəmiyyəti, abadlıq-quruculuq işləri, şəhid və qazi ailələrinin dövlətimizin və cənab prezidentin daima diqqətində olması haqqında vətəndaşları məlumatlandırıb, onların suallarına cavab verilib.

 

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü