Sosial şəbəkələrdə Xətai rayonu 38 saylı şəhər poliklinikasında həkimin otağının baxımsız vəziyyətdə olması ilə bağlı görüntülər yayılıb. Bildirilib ki, vəziyyət uzun müddətdir eyni olaraq qalmaqdadır.
Modern.az mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, poliklinika yaşayış binasının altında yerləşir:
“Bir neçə dəfə sözügedən endekronoloji kabinet üst mərtəbələrdən su axıntısına məruz qalıb və təmir həyata keçirilib”.
Qurumdan verilən məlumata görə, hazırda da 1 aydan çox müddətdir ki, poliklinikada cari təmir işləri aparılır.