Modern.az

Faciəvi şəkildə həyatını itirən məktəbli - FOTO

Faciəvi şəkildə həyatını itirən məktəbli - FOTO

Hadisə

21 Avqust 2024, 12:21

Xəbər verdiyimiz kimi, Beyləqanın Yeni Mil kəndindən keçən su kanalında batan 9 yaşlı uşağın meyiti tapılıb.

 

Modern.az-ın məlumatına görə, 2015-ci ildə anadan olan İbrahimov Əhməd Cavid oğlu elə həmin kənddəndir.

 

O, kənd orta məktəbinin şagirdi olub. Məlumata görə, hadisə avqustun 19-da axşam saat 20-21 radələrində baş verib.

 

Axşam tərəfi uşağın qayıtmadığını görən ailə polisə məlumat verib. Gecə boyunca axtarışlar davam edib. Azyaşlının cəsədi ötən gün günorta saatlarında tapılıb.

 

1372777

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI