Modern.az

Bu gündən Rusiyadan taxıl ixracı üçün rüsumlar artırılır

Bu gündən Rusiyadan taxıl ixracı üçün rüsumlar artırılır

21 Avqust 2024, 12:26

Rusiya Federasiyası Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, avqustun 21-dən Rusiyadan buğda ixracı üçün rüsum dərəcəsi bir həftə əvvəlki 257,3 rubldan 828,4 rubla qaldırılır.

 

Modern.az xəbər verir ki,üç həftəlik enişdən sonra rüsumlar 3,2 dəfə artıb.

 

Arpa üzrə rüsumlar dəyişməsə də, qarğıdalı üçün 3 dəfə artaraq bir həftə əvvəl 1 ton üçün 344,5 rubldan 1033,6 rubla yüksəlib.

 

Rüsumların məbləği həftəlik Moskva Birjasında qeydiyyata alınmış ixrac müqavilələrinin qiymətlərinə əsaslanan göstəricilər əsasında hesablanır. Əvvəllər rüsum dərəcələri dollarla hesablanırdı, 2022-ci ilin iyulundan rublla müəyyən edilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi