Modern.az

Əli Məsimli Qax sakinləri ilə görüşdə - FOTO

Əli Məsimli Qax sakinləri ilə görüşdə - FOTO

Aktual

21 Avqust 2024, 11:42

Avqust ayının 20- də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Qax rayonunun Lələpaşa, Şotavar, Qorağan və Qalabaldır kəndlərində yaşayan seçicilərlə görüş keçirmişdir. 


Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.


Əli Məsimli platforması barədə məlumat verdi. Məşğulluqla bağlı məsələlərə toxunarkən o,  bildirdi ki, bir sıra sosial problemlərin kəskinləşməsində işsizlik xüsusi rol oynayır.  Ona görə də regionlarda layiqli əmək haqqısı olan və həm də rəqabətədavamlı iş yerlərinin açılmasına böyük ehtiyac var.

 

Rəsmi statistika məlumatlarına görə, Bakıda orta aylıq əmək haqqı 1272 manat, Şəki-Zaqatala regionunda isə 500 manatın üstündədir. Amma regionlarda xeyli insanın orta aylıq maaşı bundan da aşağıdır. Ona görə də insanlar iş dalınca Bakıya üz tuturlar. Bakıda minimum səviyyədə yaşamaq və kirayə qalmaq üçün 4 nəfərdən ibarət ailəyə 1400-1500 manat vəsait lazımdır. Ona görə də regionlarda Bakıdakı orta aylıq əmək haqqının yarısından bir qədər yuxarı, məsələn 700-800 manat maaşı olan iş yerləri açılsa  heç kəs Bakıya iş üçün getməz, elə öz şəhərində, öz kəndində qalıb  orada işləməyə üstünlük verər. Bölgələrdən Bakıya axının azalmasılna nail olmaqla bir sıra mühüm problemlərin  kəskinləşməsinin qarşısını almaq, məsələn  Bakıda tixac problemini xeyli səngitmək olar.


Görüşlərdə iştirakçılar çıxışlarında yaşadıqları kəndlərdə mövcud olan problemləri səsləndirdilər və onların həllinin sürətləndirilməsinin vacibliyini vurğuladılar.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI