Modern.az

Lukaşenkonun sözləri erməniləri qəzəbləndirdi - VİDEO

Lukaşenkonun sözləri erməniləri qəzəbləndirdi - VİDEO

21 Avqust 2024, 13:41

Belarusun Ermənistandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyaçıları Belarus Prezidentinin Aleksandr Lukaşenkonun ermənilər haqqında dediyi sözlərə etiraz ediblər.

 

Aksiya iştirakçıları səfirliyin binasına pomidor, yumurta və kartof atıblar.

 

Aksiyada iştirak edən siyasi fəal Armen Babacanyan “Respublika Naminə”, “Respublika”, Avropa Partiyası, “Avropa Hüququ”, Azad Vətəndaş” QHT-ləri və “Asparez” klubunun məsələ ilə bağlı birgə bəyanatını təqdim edib.

 

Bəyanatda Belarusla diplomatik münasibətləri kəsmək, Belarus səfirini arzuolunmaz şəxs elan etmək və ona ölkəni tərk etmək üçün 3 gün vaxt vermək tələbi var.

 

Qeyd edək ki, ötən gün Lukeşanko ermənilərin ünvanına kəskin sözlər deyib:  "Ermənistanın siyasətini görürsünüz, bu necə siyasətdir?! Yaxşı, ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kimə lazım deyil. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Fransa necədir? Hansı Makron? Sabah Makron olmayacaq və hamı bu Ermənistanı unudacaq"

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü