Modern.az

Hakan Fidan Blinkenlə Qəzzanı müzakirə etdi

Hakan Fidan Blinkenlə Qəzzanı müzakirə etdi

Dünya

21 Avqust 2024, 14:41

Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli bildirib.

 

Qeyd edilib ki, qarşı tərəfin təklifi ilə baş tutan danışıq zamanı İsraillə Fələstin arasında davam edən atəşkəs danışıqlarında son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.

 

Dövlət rəsmiləri, həmçinin bölgədə baş verən son hadisələri müzakirə ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu