Modern.az

Qobuda 2 kiloqram narkotik aşkarlandı - VİDEO

Qobuda 2 kiloqram narkotik aşkarlandı - VİDEO

Aktual

21 Avqust 2024, 15:27

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə növbəti əməliyyat həyata keçirilib.

 

Bu barədə Modern.az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bölməyə 1980-cı il təvəllüdlü Sergey Koçetkovun Qobu qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs saxlanılan zaman ondan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.
S.Koçetkov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə satmaq niyyəti ilə əldə etdiyini bildirib.
Araşdırmalar davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI