"Azəriqaz" İstehsalat Birliyi barədə inzibati protokol tərtib edilib.
Modern.az-ın məlumatına görə, şirkət barəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci (geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsinə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Quba rayon Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, protokol təsdiq edilərsə, qurum 4 min manatadək məbləğdə cərimə edilə bilər