Modern.az

Kəşfiyyat: Rusiya ordusunda kadr çatışmazlığı var

Kəşfiyyat: Rusiya ordusunda kadr çatışmazlığı var

Dünya

21 Avqust 2024, 17:13

Böyük Britaniya kəşfiyyatı Rusiya ordusunda kadr çatışmazlığının olduğunu açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu, Britaniya kəşfiyyatının hesabatında deyilir.

 

Qeyd olunub ki, Rusiya Aerokosmik Qüvvələrinin hərbi qulluqçularından yaradılmış ixtisaslaşdırılmış motoatıcı alayının Kursk vilayətinə keçirilməsi Rusiya ordusunda xroniki kadr çatışmazlığından xəbər verir.

 

Motoatıcı alay 2024-cü ilin mayında yaradılıb. Buraya Aerokosmik Qüvvələrin müxtəlif bölmələrinin, o cümlədən nüvə zərbələri barədə xəbərdarlıq stansiyalarının və ağır bombardmançı alayların hərbi personalı daxildir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu