Modern.az

Ceyhun Məmmədovun Şabranda Cəbrayıldan olan seçicilərlə görüşdü

Ceyhun Məmmədovun Şabranda Cəbrayıldan olan seçicilərlə görüşdü

21 Avqust 2024, 18:07

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Şabran rayonunda Cəbrayıldan olan seçicilərlə növbəti görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə YAP Cəbrayıl Rayon Təşkilatının sədri Arif Fərzəliyev, Opera və Balet Teatrının Baş rejissoru Hafiz Quliyev iştirak ediblər.

 

Deputatlığa namizəd Ceyhun Məmmədov cənab prezident tərəfindən aparılan kompleks islahatlar, işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işləri, 30 il ərzində dövlətimizin və cənab prezidentin daima qaçqın və məcburi köçkünlərə diqqət ayırması və onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyəti haqqında vətəndaşları məlumatlandırıb, onların suallarına cavab verilib.

 

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü