Modern.az

Deputatlığa namizəd seçiciləri ilə görüşüb - FOTO

Deputatlığa namizəd seçiciləri ilə görüşüb - FOTO

Aktual

21 Avqust 2024, 19:47

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində məskunlaşan Cəbrayıldan olan seçicilərlə növbəti görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, deputatlığa namizəd Ceyhun Məmmədov cənab prezident tərəfindən aparılan kompleks islahatlar, işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işləri, 30 il ərzində dövlətimizin və cənab prezidentin daima qaçqın və məcburi köçkünlərə diqqət ayırması və onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyəti haqqında vətəndaşları məlumatlandırıb, onların suallarına cavab verilib.

 

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI