Kür çayının Ağstafa rayonundan keçən hissəsində bir nəfər batıb.
Modern.az-ın məlumatına görə, Yavər adlı şəxs Kür çayında çimərkən boğularaq ölüb.
Onun meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.