Modern.az

Əmanətləri hansı valyutada saxlayırıq?

Əmanətləri hansı valyutada saxlayırıq?

22 Avqust 2024, 11:59

Fiziki şəxslərin əmanətlərinin 65,7 faizi  (8,981.7 mln. manat) milli valyutada, 34.3 faizi  (4,679.3 mln. manat) xarici valyutadadır.

Modern.az bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankına istinadən xəbər verir.

Fiziki şəxslərin əmanət portfelinin 59,1 faizi  (8,067.8 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Fiziki şəxslərin müddətli əmanətləri iyul ayı ərzində 4.1 faiz və ya 317 mln. manat artaraq ilk dəfə 8 mlrd. manatlıq həddi keçib.

Hüquqi şəxslərin tələbli depozitləri 15,391.5 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 74,3 faizini təşkil edib.

Fiziki şəxslərin əmanətlərinin (fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitləri daxil olmaqla) dollarlaşması iyul ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən 2,7 faiz bəndi azalaraq 33,7 faiz təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi