Modern.az

Əhalinin 91 faizi İlham Əliyevin idarəçiliyindən məmnundur - SORĞU 

Əhalinin 91 faizi İlham Əliyevin idarəçiliyindən məmnundur - SORĞU 

Aktual

22 Avqust 2024, 12:24

Növbədənkənar parlament seçkilərində “exit-poll”un təşkili üçün Mərkəzi Seçki Komissiyasında (MSK) qeydə alınan İtaliyanın “SWG SPA” şirkəti seçkiöncəsi vəziyyətlə əlaqədar yerli respondentlər arasında sorğu keçirib.

 

Modern.az “Report”a istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən, əhali arasında Prezident İlham Əliyevin idarəçiliyindən məmnunluq 91 faizdir.

 

Rəyi soruşulanların 81 faizi dövlət başçısının idarəçiliyini ciddi şəkildə, 10 faizi nisbətən dəstəklədiyini, 5 faiz isə dəstəkləmədiyini bildirib. Sorğu iştirakçılarının 4 faizi suala cavab verməkdə çətinlik çəkib.

 

Sorğu 15 iyul-15 avqust tarixlərində baş tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI