Modern.az

Erməniyə Avrasiya İqtisadi Komissiyasında yüksək vəzifə verildi

Erməniyə Avrasiya İqtisadi Komissiyasında yüksək vəzifə verildi

Dünya

22 Avqust 2024, 16:24

Suren Melik-İsrailyan Avrasiya İqtisadi Komissiyasının Gömrük İnfrastruktur Departamentinin direktor müavini təyin edilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

 

Qeyd olunub ki, Melik-İsraelyan 1974-cü ildə İrəvanda anadan olub, İrəvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib, iqtisad elmləri namizədidir. 2001-ci ildən 2024-cü ilə qədər Ermənistan gömrük xidmətində çalışıb, böyük inspektordan beynəlxalq əməkdaşlıq şöbəsinin rəisinə qədər yüksəlib.

 

Bildirilib ki, 2021-2024-cü illərdə Ermənistanın Aİ və Ümumdünya Gömrük Təşkilatı yanında gömrük attaşesi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu