Modern.az

"İlahi, mən qocalıram..."

"İlahi, mən qocalıram..."

Aktual

23 Avqust 2024, 09:01

ABŞ-nin 78 yaşlı sabiq prezidenti Bill Klinton Demokratlar Partiyasının qurultayında çıxışı ilə diqqət çəkib.

 

Modern.az-ın məlumatına görə, Klinton vitse-prezidentliyə namizəd Tim Uolz üçün çıxış edib və dəfələrlə öləcəyi barədə xatırladıb.

 

"Səmimi olaraq deyirəm, daha neçə çıxışda iştirak edə biləcəyim barədə heç bir fikrim yoxdur. Mən 1976-cı ildə başlamışam və o vaxtdan bəri hər qurultayda olmuşam, yox, 1972-ci ildən. İlahi, mən qocalıram", - o deyib.

 

78 yaşının tamam olduğunu xatırladan sabiq prezident Donald Trampdan gənc olduğunu vurğulayıb.

 

"Gəlin mətləbə keçək, mən çox qocalmışam. İki gün əvvəl 78 yaşım tamam oldu, mən dörd nəsildir ki, ailəmdə ən yaşlı kişiyəm. Şəxsən demək istədiyim yeganə şey odur ki, mən hələ Donald Trampdan gəncəm", - deyə Klinton bildirib.

Sizə yeni x var
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!