Modern.az

Nəqliyyat Nazirliyi: “Avtobuslarda gedişhaqqının artımı üçün Tarif Şurasına müraciət olunmayıb”

Nəqliyyat Nazirliyi: “Avtobuslarda gedişhaqqının artımı üçün Tarif Şurasına müraciət olunmayıb”

3 Dekabr 2013, 11:11


“İctimai nəqliyyatda gediş haqqının qaldırılması hələ ki, gözlənilmir”. Bunu Modern.az saytına Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov deyib. O bildirib ki, ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı Tarif Şurasına ümumiyyətlə müraciət olunmayıb.

“Avtobuslarda gediş haqqının qaldırılması məsələsi yoxdur. Bu məsələ də Tarif Şurasının səlahiyyətlərinə aid məsələdir. Bu barədə qərar qəbul etmək onlara aiddir. Nazirlik olaraq nəqliyyatda gediş haqqının artırılması ilə bağlı Tarif Şurasına müraciət etməmişik. Yəni hələ ki, nəqliyyatda gediş haqqının artırılması gözlənilmir” .

Qeyd edək ki, bu gündən etibarən benzinin qiymətində bahalaşma olub. Belə ki, Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib, bəzi neft məhsullarının yeni topdansatış qiymətləri təsdiq olunub. 

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU