Modern.az

Yanukoviç Çinə gedib

Yanukoviç Çinə gedib

3 Dekabr 2013, 12:02

Avropa Birliyi ilə assosiativ saziş imzalanmaması səbəbindən Ukraynada kütləvi aksiyalar davam etsə də, prezident Viktor Yanukoviç Çinə dövlət səfərinə yollanıb. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, dekabrın 6-na qədər davam edəcək səfər zamanı Ukrayna prezidenti Çin Xalq Respublikasının sədri Su Tsinpinlə danışıqlar aparacaq, eləcə də Dövlət Şurasının naziri Li Ketsyanla görüşəcək. Müzakirələr nəticəsində Ukrayna ilə Çin arasında dostluq və əməkdaşlıq haqda müqavilənin, eləcə də  ölkələr arasında 2013-2017-ci illərdə strateji əməkdaşlıq proqramının inkişafı proqramının imzalanacağı  gözlənilir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU