Modern.az

Milli Məclisdə benzinin bahalaşmasına ETİRAZ edildi

Milli Məclisdə benzinin bahalaşmasına ETİRAZ edildi

3 Dekabr 2013, 12:16

İqbal Ağazadə: “Hökumətdən tələb edirəm buna yenidən baxsın”


Milli Məclisin bugünkü iclasında deputatlar Tarif Şurasının yanacaq məhsularının qiymətini artırmasına öz narazılıqlarının bildiriblər. Modern.az xəbər verir ki, çıxış edən deputat İqbal Ağazadə bu qərarı kəskin tənqdi edib.

“Buna nə əsas var idi? Tarif Şurası bu qərarı izah etməli idi. Sabah ərzaq məhsularının qiyməti  qalxacaq. Yanvarda qiymətlər 30 faiz qalxacaqsa, sentyabrdan 90 faiz qalxacaq”.

Deputat bildirib ki, bu artım daxili qiymətlərə təsir edəcək. “Hökumətdən qəti şəkildə tələb edirəm bu qiymət artımına yenidən baxsın”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...