Modern.az

Ukrayna  elektrik enerjisi ixracını bərpa edir

Ukrayna  elektrik enerjisi ixracını bərpa edir

Dünya

23 Avqust 2024, 16:46

Ukrayna avqustun 25-dən elektrik enerjisi ixracını bərpa edir.

 

Modern.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə "Ukrenergo" məlumat yayıb.

 

Bildirilib ki, istilik azalmağa başlayıb və enerji sistemində istehlak əhəmiyyətli dərəcədə azalıb.

 

Şirkət əmin edib ki, ixrac yalnız günəş elektrik stansiyalarının maksimum aktivliyi dövründə baş verəcək. Sabah Rumıniya, Macarıstan və Moldova istiqamətlərində dövlətlərarası keçidlərə giriş üçün hərrac keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu