Modern.az

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü baş tutub - FOTOLAR

Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü baş tutub - FOTOLAR

23 Avqust 2024, 17:49

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Ceyhun Məmmədovun Saatlı rayonu, Əlisoltanlı qəsəbəsində məskunlaşan seçicilərlə növbəti görüşü keçirilib.

 

YAP Cəbrayıl Rayon Təşkilatının sədr müavini Məhəmməd Əliyev tədbiri giriş nitqi ilə açaraq YAP-ın fundamental islahatlarından danışıb.

 

Seçicilər qarşısında çıxış edən YAP-ın 120 saylı Seçki Dairəsindən namizədi Ceyhun Məmmədov qeyd edib ki, daim müstəqil Azərbaycanın daha da qüdrətlənməsi, çiçəklənməsi, müasirləşməsi istiqamətində ciddi səylər göstərən YAP-ın bütün seçkilərdə böyük fəallıq nümayiş etdirdiyini xatırladıb, partiyanın seçki platforması haqqında ətraflı məlumat verib. O, bildirib ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, cəmiyyətdə milli-mənəvi dəyərlərin formalaşmasında ziyalıların fəaliyyəti böyük əhəmiyyət kəsb edir.

 

Görüşün sonunda seçicilərin fikir və təklifləri dinlənilib, mövcud problemlərin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI