Modern.az

Valideynin şikayəti ilə bağlı rəsmi AÇIQLAMA 

Valideynin şikayəti ilə bağlı rəsmi AÇIQLAMA 

Təhsil

23 Avqust 2024, 20:38

Övladlarının 212 nömrəli tam orta məktəbdən 45 nömrəli tam orta məktəbə yerdəyişməsi ilə əlaqədar Xəzər televiziyasına müraciət edən vətəndaş Xəyalə Səlimovanın məsələsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.  

 

Bu barədə Modern.az-a İdarədən məlumat verilib.

 

Qeyd olunan məsələ həllini tapıb, ümumi qaydalara uyğun olaraq vətəndaşın əkiz övladları eyni sinfə yerləşdirilib. 

 

"Qeyd edək ki, məsələ ilə bağlı valideyn tərəfindən BŞTİ-yə öncədən hər hansı müraciət daxil olmayıb.

 

Onu da qeyd edək ki, məktəb rəhbərliyinə vətəndaş müraciətlərinə daha həssas münasibət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

 

Vətəndaş məmnuniyyətinin təmin olunması diqqət mərkəzində saxlanılan əsas məsələlərdəndir", - açıqlamada bildirilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi