Modern.az

Fazil Mustafa: “Neft ölkəsində neftin qiyməti neft olmayan ölkədən bahadır”

Fazil Mustafa: “Neft ölkəsində neftin qiyməti neft olmayan ölkədən bahadır”

3 Dekabr 2013, 12:37


Milli Məclisin bugünki iclasında deputat Fazil Mustafa qiymət artımı ilə bağlı narazılığını bildirib. Deputat bununla bağlı cəmiyyətdə stress yaranacağını xatırladıb. “ Stressin azalması üçün qiymət artımının izahı olmalıdır. Hökumət vətəndaşla gizlənpaç oynamamalıdır”.

Modern.az-ın xəbərinə görə, deputat bildirib ki, hökumət 125 manatlıq ehtiyac meyarı ilə vətəndaşların imkanlarrını nəzərə almalıdır. “Bu vətəndaş marağını nəzərə almayan siyasətdir. Tarif Şurası vasitəsilə təqdim edilən qiymətlər böyük fəsadlar yaradacaq. Neft ölkəsində neftin qiyməti neft olmayan ölkədən bahadır. Mən bunu düzgün hesab etmirəm”.

Modern.az
 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU