
Modern.az-ın məlumatına görə, Milli Məclisdə çıxış edən deputat Zahid Oruc yanacağın qiymətinin qalxması ilə bağlı hökuməti izahat işi aparmağa çağırıb. Onun sözlərinə görə, bazar iqtisadiyatı şəraitində qiymət artımı qəfil və gözlənilməzdir. “Əgər artım yanvarda elan olunsaydı, bunun nəticələrin təsəvür etəmək çətin olardı. Hökümıt hesab edir ki, əhalinin orta təbəqəsindən yuxarı təbəqə yaranıb ki, bu qiymətlər ödəyə bilər”. Deputat bildirib ki, aztəminatlı ailələrin vəziyyətini nəzərə almaq siyasi möhtəkirliyə yol verməmək üçün bu məsələ ilə bağlı izahlar verilməlidir. “Bir məhsulun qiymətinin qalxması digərlərinin də artmasına təsir göstərəcək”.
Modern.az