Modern.az

Qüdrət Həsənquliyev: “Bahalı maşın alan benzinin də haqqını ödəyə bilər”

Qüdrət Həsənquliyev: “Bahalı maşın alan benzinin də haqqını ödəyə bilər”

3 Dekabr 2013, 12:52


Milli Məclisdə çıxış edən deputat Qüdrət Həsənquliyev yanacaq artımı ilə bağlı Tarif Şurasının qiymət siyasətini tənqid edib. Modern.az-ın məlumatına görə, deputat bildirib ki, hökumət bu siyasətə yenidən baxmalıdır. “Dizel yanacağının qiyməti aşağı salınmalıdır. Bu artım kənd təsərrüfatına zərbə vura bilər”.

Q. Həsənquliyev həmçinin qiymət artımının digər aspektinə diqqət yetirərək bildirib ki, Bakıya gətirilən bahalı avtomobillərə gün-gündən artır. “Bahalı maşınlar ala bilərsə, benzin pulunu da ödəyə bilər. Düşünürəm ki, 95 markalı benzinin qiymətini qaldırılması doğrudur”.

Bununla yanaşı, deputat ictimai nəqliyyatda olan vəziyyəti tənqid edərək bildirib ki, bu sahədə olan problemlər aradan qaldırılmadığı bir vəziyyətdə benzinin qiymət artımı düz deyil. “İctimai nəqliyyatda vəziyyəti düzəltmədən benzinin qiymətinin qaldırılmasını yanlışdır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU