Modern.az

Azərbaycandan Ukraynaya növbəti TƏBRİK

Azərbaycandan Ukraynaya növbəti TƏBRİK

Ölkə

24 Avqust 2024, 14:37

Azərbaycan Baş naziri Əli Əsədov Ukraynanın Baş naziri Denis Şmıqala ölkəsinin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabinetindən məlumat verilib.

 

Məktubda Azərbaycan-Ukrayna əlaqələrinin dərin tarixi köklərə və xoş ənənələrə malik olduğu bildirilib.

 

Vurğulanıb ki, iki xalqın iradəsindən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur.

 

Həmçinin, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq münasibətlərinin və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə əminlik ifadə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza