Modern.az

Sabah hava şəraiti yenidən mülayimləşəcək

Sabah hava  şəraiti yenidən mülayimləşəcək

3 Dekabr 2013, 13:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabah  hava şəraitinin yenidən normala dönəcəyinə dair proqnoz verib. Nazirliyin Departament xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir. 
Havanın temperaturu gecə 0-2, gündüz 6-8 dərəcə isti olacaq.


Azərbaycanın rayonlarında dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərlə hava şəraitinin yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.     Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU