Modern.az

İndoneziyada daşqınlar və torpaq sürüşmələri - 7 ölü

İndoneziyada daşqınlar və torpaq sürüşmələri - 7 ölü

25 Avqust 2024, 09:23

İndoneziyanın şərqindəki Şimali Maluku əyalətində daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 7 nəfər ölüb.

 

Modern.az “Sinxua” agentliyinə istinadən xəbər verir ki, iki nəfərin isə yaralandığı, daha bir neçə nəfərin itkin düşdüyü bildirilir.

 

Təbii fəlakət əyalət sakinləri üçün humanitar böhrana səbəb olub. Onların çadır, ləvazimat, döşək və digər zəruri əşyalara ciddi ehtiyacı var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu