Modern.az

İsrail qırıcıları "Hizbullah"ı VURUR

İsrail qırıcıları "Hizbullah"ı VURUR

25 Avqust 2024, 09:37

İsrail Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubunda "Hizbullah" radikal hərəkatının obyektlərinə zərbələr endirməyə davam edir.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Daniel Haqarinin açıqlamasında bildirilir.

 

"Hazırda Hərbi Hava Qüvvələrinin onlarla qırıcısı Livanın cənubundakı bir neçə yerə zərbələr endirir. Biz təhdidləri məhv etməyə və "Hizbullah" terror qruplaşmasına intensiv zərbələr endirməyə davam edirik”, - sənəddə qeyd olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu