Modern.az

Amfibiya təyyarəmiz Türkiyədə yanğınlarla mübarizəni davam etdirir 

Amfibiya təyyarəmiz Türkiyədə yanğınlarla mübarizəni davam etdirir 

25 Avqust 2024, 10:35

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

 

Bu barədə Modern.az-a FHN-dən bildirilib.

 

Ötən gün ərzində təyyarə Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

 

Hazırda yanğınsöndürmə əməliyyatı davam etdirilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI