Modern.az

Yetim uşaqlar təhsil xərcindən azad edildi

Yetim uşaqlar təhsil xərcindən azad edildi

Təhsil

3 Dekabr 2013, 13:41

Milli Məclisin dekbarın 3-də keçirilən iclasında “Təhsil haqqında” qanunda dəyişiklik müzakirə olunur. Modern.az xəbər verir ki, qanuna təklif edilən yeni dəyişikliyə görə, bundan sonra ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və ata-ana himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək.

Qanunda dəyişikilik “Təhsil haqqında” qanunun 14-cü maddəsinə edilib. Qanuna əlavə edilmiş 14.8-1 bəndi həmin imtiyazı şərtləndirir.

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər dövlət, bələdiyyə, özəl, ali və orta ixtisas təhsili müəssələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdəsi hesabına ödənilir”-deyə təklif olunmuş dəyişiklikdə qeyd edilib.

Müzakirələrdən sonra qanuna dəyişiklik qəbul olunub.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU