ATƏT-in xarici işlər nazirləri şurasının dekabrın 5-də Kiyevdə keçiriləcək iclasında Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutacaq. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda bu gün keçirilən mətbuat konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan məlumat verib.
“Qarabağ münaqişəsinin nizamlanması prosesində iki ölkə prezidentinin bu yaxınlarda Vyanada keçirilən görüşündən sonra nə kimi gözləntiləriniz var” sualına cavabında Nalbandyan deyib ki, bu görüş konstruktiv hesab olunur. O qeyd edib ki, prezidentlər iki nölkənin xarici işlər nazirlərinə ilk fürsət düşən kimi görüşməyi tövsiyə ediblər. Onun sözlərinə görə, Kiyevdə də belə fürsət yaranacaq və o Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.