Modern.az

Yağış, şimşək - FAKTİKİ HAVA

Yağış, şimşək - FAKTİKİ HAVA

25 Avqust 2024, 15:58

Avqustun 25-i saat 15:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən xəbərə görə, avqustun 25-i saat 15:00-a olan məlumatlara əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb.

 

Düşən yağıntının miqdarı Balakəndə 3 mm, Zaqatalada 2 mm, Şahdağ, Tovuz, Şəkidə 1 mm-dək olub.

 

Göygöldə duman müşahidə olunub.

 

Öncədən xəbər verildiyi kimi, sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 23 m/s, Culfada 22 m/s-dək güclənib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI