Modern.az

Fransa Durovun işi ilə bağlı sabah açıqlama verəcək

Fransa Durovun işi ilə bağlı sabah açıqlama verəcək

25 Avqust 2024, 18:56

Telegram-ın həbsdə olan təsisçisi Pavel Durovun işi ilə bağlı Paris prokurorluğu avqustun 26-da, bazar ertəsi mətbuata açıqlama verməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə TASS-a Paris prokurorluğundan məlumat verilib.

 

"Tam mətbuat bəyanatı sabah dərc olunacaq", - agentliyin Durovun saxlanmasının səbəblərini və bu işdəki hazırkı vəziyyətini aydınlaşdırmaqla bağlı sorğusuna belə cavab verilib.

 

Qeyd edək ki, indiyə kimi Durovun saxlanması ilə bağlı bütün məlumatlar Fransa mediasından gəlir, Fransa hakimiyyəti isə susur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI