Modern.az

İşlədiyi universitetdən Nəsiman Yaqublu barədə paylaşım 

İşlədiyi universitetdən Nəsiman Yaqublu barədə paylaşım 

25 Avqust 2024, 20:31

Bakı Dövlət Universiteti (BDU) yol qəzasında həyatını itirən professor Nəsiman Yaqublu barədə paylaşım edib.

 

Modern.az xəbər verir ki, paylaşımda deyilir:

 

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının professoru, tarix elmləri doktoru Nəsiman Yaqublu vəfat edib.

 

Nəsiman Yaqublu 1962-ci ildə anadan olub. 1980-1983-cü illərdə BDU-nun Jurnalistika fakültəsində, 1983-1986-cı illərdə Sankt Peterburq Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2001-ci ildə “Azərbaycan milli istiqlal mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan milli istiqlal mübarizəsi və mühacirət mətbuatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2008-ci ildən Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müəllimi idi.

 

Professor Nəsiman Yaqublunun tədqiqat sahəsi Azərbaycan mətbuat tarixi olub.

O, 1992-ci ildə Hacı Zeynalabdin Tağıyev adına Respublika milli mükafatına, 2003-cü ildə Həsən bəy Zərdabi adına mükafata, 2008-ci ildə Ankara Azərbaycan Kültür Dərnəyinin mükafatına, 2019-cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” yubiley medalına layiq görülüb.

Nəsiman Yaqublu 20-ə yaxın kitab və ensiklopediyanın müəllifi idi.

 

BDU rəhbərliyi və kollektivi Nəsiman Yaqublunun faciəli vəfatından kədərləndiyini bildirir, ailəsinə dərin hüznlə başsağlığı verir.

 

 Allah rəhmət eləsin!

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI