Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Milli Şuranın prezidentliyə sabiq namizədi, professor Cəmil Həsənlinin universitetdən işdən çıxarılması barədəki xəbərə münasibət bildirib.
Modern.az xəbər verir ki, A.Məhərrəmov jurnalistlərə açıqlamasında bildirib ki, C.Həsənli hələ 2 il əvvəl xəstəliklə əlaqədar öz ərizəsi ilə işdən çıxıb: “Bu məsələ indi niyə yada düşüb, mən bilmirəm”.
A.Məhərrəmov bildirib ki, professor Cəmil Həsənlinin işdən çıxarılmasını növbəti dəfə gündəmə gətirmək düzgün deyil. “Biz hətta ona yenidən dərs vermək istəyirdik. Amma Cəmil Həsənli buna da vaxt çatdıra bilmədi.
“ Yayılan məlumatlar isə tam yalandır”-deyə A.Məhərrəmov qeyd edib.
Modern.az