Modern.az

Rusiya Ukraynanı vurdu, Polşa aviasiyası səmaya qalxdı

Rusiya Ukraynanı vurdu, Polşa aviasiyası səmaya qalxdı

26 Avqust 2024, 11:35

Polşa Silahlı Qüvvələri Rusiyanın uzaqmənzilli aviasiya fəaliyyəti fonunda ölkənin və onun NATO müttəfiqlərinin hərbi təyyarələrinin səmaya qalxdığını bildirib.

 

Modern.az xəbər verir ki, Polşa təyyarələri ölkənin cənub-şərq bölgəsində uçub.

 

“Səhər saatlarından etibarən Rusiya Federasiyasının uzaqmənzilli aviasiyasının, o cümlədən Ukraynanın qərbində yerləşən hədəflərə hücumları ilə intensiv aktivlik müşahidə olunur... Əməliyyat komandanlığı vəziyyəti daim izləyir”, - məlumatda deyilir.

 

Səhər saatlarında Kiyev, Odessa, İvno-Frankivsk, Vinnitsa, Jitomir, Lutsk, Xmelnitski, həmçinin Lvov, Poltava və Çerniqov vilayətlərinə zərbələr endirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu